"Natavan restoran kabinetlərində sevgilisi ilə..."

Xəbərlər
10.09.2017 85
Tanınmış prodüser Tarix Əliyev müğənni Natavan Həbibinin yaydığı doğum haqqında şəhadətnamənin saxta olduğunu iddia edir. 

Qadinlar.biz xəbər verir ki, mövqe.az-a danışan prodüser müğənni haqqında şok açıqlamalar verib: "Onun təqdim etdiyi doğum haqqında şəhadətnaməyə heç kim inanmır. Vəkilimdən xahiş etmişəm ki, gedib onun təqdim etdiyi doğum haqqında şəhadətnamənin özəyini çıxartsın. Türkmənistanda min dollar verib, doğum haqqında  şəhadətnamə yox, şəxsiyyət vəsiqəsi almaq olar. Çünki orada yüz dollar bir çamadana yaxın pul edir, yəni ki, iki paçka pul edir onların pulu ilə desək... Nə oldu Natavan bir il bundan öncə doğum haqqında şəhadətnaməsini çıxartmadı, indi çıxartdı? Özü də ki, əsli yox, "dublikat"ını. O, məhz bu söhbət düşəndən sonra gedib özünə doğum haqqında şəhadətnamə çıxartdırdı. Guya doğum haqqında şəhadətnaməsi itmişdi, yenisini çıxartdırdı. Niyə mənim doğum haqqında şəhadətnaməm itmədi, anamın, atamın doğum haqqında şəhadətnamələri itmədi, ancaq Natavanınkı itdi. Bir işə bax e...”.

Prodüser öz adının müğənni Natavan Həbibi ilə hallanmasından rahatsız olduğunu da açıqlayıb: "Natavanla mənim adımı hallandırmayın, xahiş edirəm bütün jurnalistlərdən. Onu havayı reklam etmək istəmirəm. Toyu zadı da yoxdu, oturub restoran kabinetlərində sevgilisi ilə onun-bunun torbasını tikməklə məşğuldu. Alınmır da... Elə belə də yazın ki, Natavan, sənin güvəndiyin dağlara çoxdan qar yağıb. Sən ən yaxşısı camaata özünü isbat elə, mənimlə reklam olunma. Allah haqqı onunla gündəmə gəlmək istəmirəm və buna ehtiyacım yoxdu”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!