Xalq artistinin oğlu dəfn olundu

Xalq artistinin oğlu dəfn olundu
Xəbərlər
10.09.2017 19
Xəbər verdiyimiz kimi, xalq artisti Nuriyyə Əhmədovanın oğlu Əli İslamzadə dünyasını dəyişib.

Qadinlar.bizin məlumatına görə, mərhumun dəfni bu gün baş tutub.

Qeyd edək ki, aktrisanın oğlu xərçəng xəstəliyindən əziyyət çəkirdi.
 
"Nuriyyə Əhmədovanın oğlu xərçəng xəstəliyindən dünyasını dəyişib”.

Bunu aznews.az-a açıqlamasında Nuriyyə Əhmədovanın rəfiqəsi Sədaqət Kamal deyib.
O bildirib ki, bu xəstəlik Əli İslamzadədə çoxdan aşkarlanıbmış:

"Rəhmətlik xərçəng xəstəliyindən əziyyət çəkirdi. Qəfildən xəstəlik metastaz verib. Əlinin çox faciəli həyatı olub. Sonu da belə”.

S. Kamal onu da bildirib ki, Əli İslamzadə evli olub, amma ailə həyatında da onunku gətirməyib:

"Evləndi, amma həyat yoldaşından ayrılmışdı. Bu ailənin üstündən faciə heç vaxt əskik olmadı. Nuriyyə yazıq keçirdiyi qəzadan hələ düzəlməmişdi. Axşam da bir şok yaşadı”.


Allah rəhmət eləsin!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!