Məryəm Üzərli qızından imtina edən sevgilisi ilə istirahətdə

Məryəm Üzərli qızından imtina edən sevgilisi ilə istirahətdə
Xəbərlər
10.09.2017 75
Aktrisanın İstanbulda yenidən Canla birlikdə yaşayacağı iddia edilir
Türkiyə ilə yanaşı, Azərbaycanda da böyük izləyici kütləsi yığan "Muhteşem yüzyıl" serialında yaratdığı Hürrəm Sultan obrazı ilə tanınan aktrisa Məryəm Üzərlinin şəxsi həyatı barədə yeni xəbər var.

Anspress-in məlumatına görə, Məryəmin keçmiş sevgilisi və qızının atası Can Atəşlə birlikdə istirahətə yollandığı deyilir. Bununla da cütlüyün arasında "buzların əridiyi" müəyyənləşib.

Ötən ay qızı Laranı görmək üçün Berlinə gedən iş adamı Can ilk addımı atıb. Daha sonra Atəş Üzərlinin doğum günündə ona gül göndərib. Yeni layihəsi üçün Türkiyəyə gedəcək aktrisanın bu jestlərdən sonra keçmiş sevgilisini bağışladığı deyilir.

İstanbula gəldikdən sonra yenidən Canla birlikdə yaşayacağı iddia edilən Məryəmin hazırda onunla tətildə olduğu deyilir. Köhnə sevgililərin birlikdə İspaniyadakı adaları gəzdiyi və istirahətin hələ bir müddət davam edəcəyi deyilir.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!