İrəvan namaza icazə vermədi

İrəvan namaza icazə vermədi
Xəbərlər
10.09.2017 22
Beynəlxalq Əsassız erməni İddialarına Qarşı Mücadilə Dərnəyi (ASİM-DER)
14 Qeyri-Hökumət Təşkilatı (QHT) adından Ermənistanın paytaxtı İrəvanda
yerləşən Göy Məsciddə cümə namazı qılmaq tələbinə erməni tərəfindən rədd
cavabı alıb.
Qadinlar.biz ANS PRESS-ə istinadənbildirir ki, məlumatına görə, "ASİM-DER”in sədri Göksəl Gülbəy mətbuat
nümayəndələrinə verdiyi açıqlamada, bundan bir həftə əvvəl 14 QHT
adından İrəvana yerləşən Göy Məsciddə cümə namazı qılmaq istədiklərini,
Ermənistanın Tbilisi və Tehran səfirliklərinə viza və
təhlükəsizliklərinin Ermənistan dövləti tərəfindən qorunması üçün
müraciət etdiklərini bildirib.
Lakin dərnəyin bu tələbinə erməni tərəfindən müsbət cavab gəlməyib. Belə
ki, onların bu istəyinin dövlət siyasəti ilə üst-üstə düşmədiyi
vurğulanıb.
Qeyd edək ki, "Göy Məscid” 1766-ci ildə İrəvan xanı Hüseyn-Əli Xanın
əmri ilə tikilib və Azərbaycan memarlıq nümunələrindən biridir. Eni 66
metr, uzunluğu 97.2 metr olan Göy məscid İrəvan məscidləri içərisində
ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi came məscidi idi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!