Keremcem evlənir - FOTO

Keremcem evlənir - FOTO
Xəbərlər
10.09.2017 42
Türkiyənin yaraşıqlı pop ifaçılarından biri olan Kərəmcəm iki ildir sevgili olduğu aktrisa Seda Güvenə evlilik təklifi edib.
Qadinlar.biz ANS PRESS-ə istinadən bildirir ki, sənətçi iyun ayının 17-i anasının üzüyü
ilə 120 nəfərlik tədbirdə sevgilisinin qarşısına çıxaraq onunla evlənmək
istədiyini bildirib. İyun ayından etibarən xəbəri gizli saxlayan cütlük
ötən günlərdə ailə içində nişan keçiriblər. Aktrisa nişandan sonra
sevincini hər kəslə bölüşmək qərarına gəlib.
Qeyd edək ki, Keremcem iyun ayında Sedanın doğum günündə qonaqların
içində evlilik təklifi edərək xanımına və dostlarına sürpriz edib.
S.Güven bu zaman sevincdən göz yaşlarına sahib ola bilməyib. Keremcemin
anası illər öncə üzüyünü ona verərək sevdiyi qadına evlilik təklifini bu
üzüklə etməsini istədiyini bildirib. 3 ay bundan öncə ciddi addım atan
cütlük bu xəbəri dostlarından başqa heç kimə deməyiblər. Keremcem və
Seda toy tarixi barədə hələ ki, məlumatın olmadığını deyiblər.
 
 














скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!