Erməni olduğu deyilən müğənni bütün sənədlərini yaydı… (foto)

Erməni olduğu deyilən müğənni bütün sənədlərini yaydı… (foto)
Xəbərlər
10.09.2017 18
Müğənni Natəvan Həbibinin xalq artisti Aygün Kazımova, Tolik və Zoriki ona "erməni” dediklərinə görə, şərəf və ləyaqətin alçaldılması, işgüzar nüfuza xələl gətirilməsi maddəsi ilə məhkəməyə müraciət etmişdi.
Müğənni atası Muradov Şamil Paşa oğlu, anası Həbibova Nərgiz Ələkbər qızı, dayısı Həbibov Əhməd Ələkbər oğlu, əmisi Muradov Kamil Paşa oğlu, xalası Həbibova Nəcibə Ələkbər qızının doğum haqqında şəhadətnamələrini yayıb. Doğum haqqında şəhadətnamələrdə müğənninin və onun ailəsinin "erməni” olması ilə bağlı heç bir məlumat əks olunmayıb.
Prodüser Tolik  mətbuata açıqlamasında müğənninin doğum haqqında sənədini dəyişdirdiyini, sənədi 2014-cü ildə aldığını iddia etmişdi.
Qeyd edək ki, sənəddə Həbibinin doğum haqqında şəhadətnaməsinin verilmə tarixi 1984-cü il, yenilənmə tarixi 2014-cü il göstərilir. Sənədin yenilənməsi Türkmənistanda "Ümumi Sənəd Yenilənməsi Qanunu” ilə əlaqədardır.
Sözügedən sənədləri təqdim edirik:
 

 

 

 

 

 

 

 

 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!