Sevgililərini porno ulduzlarla aldadan məşhurlar – siyahı

Sevgililərini porno ulduzlarla aldadan məşhurlar – siyahı
Xəbərlər
10.09.2017 62
Hər kəs xəyanətlə üzləşə bilər. Amma bir çox məşhurun ümumi cəhəti sevgililərinin onları porno ulduzlarla aldatmasıdır.
Qadınlar.Biz xəbərinə görə, Türkiyə mətbuatı həmin məşhurların siyahısını hazırlayıb.
Britni Spirs və Devid Lukado - Keçən ay vəkil Devid Lukadodan ayrıldığını elan edən müğənni Britni Spirs xəyanətlə üzləşib. Uzun müddət görüşən cütlük Devidin Britnini porno ulduzla aldatmasına görə münasibətini bitirib.
Xatırladaq ki, Britninin atası Lukadonun porno ulduz Kali Li ilə öpüşdüyünü sübut edən video görüntünü paparatsidən alaraq qızına göstərib. Bu hadisə Kali Linin xeyrinə olub. Porno ulduz bu yolla özünü reklam etməyi bacarıb.
Mel Gibson - Hollivud ulduzu Mel Gibson uzun illər evli olduğu həyat yoldaşı Robindən ayrılması ilə hər kəsi təəccübləndirmişdi. Aktyor aşiq olduğu Oksana Qriqoryeva ilə birlikdə yaşamaq üçün həyat yoldaşına 450 milyon dollar təzminat ödəməyə məcbur qalıb.
Sevgisi üçün var-dövlətinin bir hissəsini qurban verən M.Gibson Oksana hamiləykən isə bir porno ulduzla münasibətə girib. Vaylet Kovall adlı qadın dəfələrlə Melin ofisinə gedərək onunla birlikdə olduğunu jurnalistlərə açıqlayıb. Bununla da, Mel ilə Oksananın yolları ayrılıb.
Cennifer Lopez - Latın amerikalı müğənni Ceylo həyat yoldaşı Mark Entonidən boşandıqdan sonra gənc sevgilisi Kasper Smartla çox xoşbəxt görünürdü. Ta ki, Smartın onu iki ayrı porno ulduzla aldatmasını öyrənənə qədər. Smartla görüşdüyünü açıqlayan transseksual Sofi Vissa hətta rəqqasın mesajlarını da sübut olaraq mediaya göstərib.
Çox keçmədən Kristina Mari adlı başqa qadın da Smartla birlikdə olduğunu açıqlayıb. Ceylo hər iki münasibəti sonuna qədər inkar edən Kasperə inanmayaraq ondan ayrılıb.
Çarli Şin - Hollivud ulduzu Çarli Şin porno sektoru ilə bağlı xəbərlərdə ən çox adı hallanan aktyordur. Şinin Kapri Anderson adlı bir porno ulduzla yaşadığı qalmaqal uzun müddət manşetlərdən düşməyib. Aktyor onunla bir gecə oteldə vaxt keçirərkən istifadə etdiyi kokainin təsiriylə gənc qadına şiddət göstərib. Eyni otelin başqa otağında Çarlinin keçmiş həyat yoldaşı Denis Riçards da olub. Anderson səhərisi gün bütün qəzetlərə açıqlama verərək, Çarlinin onu hamam otağında ağzı bağlı saxladığını və xidmət haqqını vermədiyini etiraf edib.

Beş uşaq və bir nəvə sahibi Şin bu qalmaqaldan sonra yenə də porno ulduzlarla münasibətə girməyə davam edir. Bir müddət aktyor iki porno ulduzla eyni evdə yaşayıb. Hal-hazırda aktyor başqa bir porno ulduz Brett Rossi ilə nişanlıdır. Brettin rəsmi şəkildə evli olmağına baxmayaraq, cütlük münasibətini davam etdirir.

 

 

 

 

 

 

 

 

 

 

 

 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!