Qızın qarnından tük topası çıxarıldı - FOTOLAR

Qızın qarnından tük topası çıxarıldı - FOTOLAR
Xəbərlər
10.09.2017 35
Gənc qızların çoxu saçlarının uclarını dişləyir, gəmirir və bunun zərərsiz məşğuliyyət olduğunu düşünürlər. Fəqət, belə deyil. 5 yaşlı qızın başına gələnlər də buna sübutdur.
Qadinlar.Biz bildirir ki, İngiltərənin Lankaşir şəhərində yaşayan 5 yaşlı Milli Uollisin iştahı qaçmışdı. O, heç nə yemək istəmirdi. Qız daha sonra qarnındakı kəskin ağrılardan şikayətlənəndə valideynləri onu həkimə apardılar.
Müayinə nəticəsində həkimlər qıza diaqnoz qoya bilməyərək onu evə yollayıblar.
Lakin balaca Milli yenə yemək yemir, ağrılardan qıvrılır, sürətlə arıqlayırdı.
Onun ata-anası Millini bir neçə hospitala aparsalar da, nəticə hasil olmayıb.
Qəribə patologiyanı aşkarlamağa çalışan həkimlər Uollis ailəsini Liverpulun mərkəzi hospiatlına yollayıblar. Orada maqnit-rezonans tomoqrafiyası zamanı Millinin bağırsağında böyük şiş aşkarlanıb.
"Həkimlər bunu deyəndə dəhşətə gəldik. Qızımız çox pis vəziyyətdəydi. Şişin kəsilib çıxarılması üçün cərrahiyyə əməliyyatına razılıq verdik", - Millinin atası, 40 yaşlı Stiven deyib.
6 saat davam etmiş əməliyyat nəticəsində Millinin bağırsağından saç topası çıxarılıb.
Cərrah Kolin Beylinin dediyinə görə, əməliyyat olmasaydı, Millinin bağırsaqları tıxanacaq, perforasiya baş verəcək və qız öləcəkdi.
"Bu uşaqda "Rapunsel sindromu" vardı. Belə sindroma zamanı qızlar sistematik olaraq saçlarını udurlar", - K.Beyli söyləyib.

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!