Sosial şəbəkələr köklüyün qarşısını alacaq

Sosial şəbəkələr köklüyün qarşısını alacaq
Xəbərlər
10.09.2017 24
Sosial şəbəkələrdə pəhrizlərlə və fiziki təmrinlərlə bağlı bir çox
tematik söhbətlər aparılır, həqiqətən arıqlamaq istəyən adamlara real
kömək göstərən bir sıra proqramlar mövcuddur. Alimlər əminliklə
bildirirlər ki, sosial şəbəkələr artıq çəkidən xilas olmaq istəyən
adamların köməyinə gələ bilər.
Qadinlar.biz ANS PRESS-in, Rabitə və Yüksək Texnologiya Nazirliyinin saytına istinadən
verdiyi məlumata görə, bu məqsədlə Avstraliya, Asiya, Avropa və ABŞ-dan
olan iki mindən çox adamın iştirakı ilə araşdırma aparılıb.
Alimlər ideal fiqura nail olmaq üçün köməkçi amil kimi sosial
şəbəkələrin səmərəliliyini sübut ediblər. Sağlamlıq məqsədilə internetin
xidmətlərindən istifadə edən insanlar artıq çəkidən daha asanlıqla və
daha effektiv şəkildə azad olurlar.
Qeyd etmək lazımdır ki, anonimlik və oxşar problemləri olan həmsöhbətlər
tapmaq imkanı artıq çəki problemini aradan qaldırmağa və əhvalı
yüksəltməyə kömək edir, - "Medvesti” yazır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!