Bakıda 22 yaşlı qızı evlənmə adı ilə günlərlə zorladı - DƏHŞƏT

Bakıda 22 yaşlı qızı evlənmə adı ilə günlərlə zorladı - DƏHŞƏT
Xəbərlər
10.09.2017 53
Bakıda gənc qızı aldadaraq evinə aparan və bir neçə gün ərzində onu zorlayan şəxs həbs edilib.



Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, iyul ayının əvvəlində 22 yaşlı K.Ə-ni Yasamal rayonundakı mənzilinə gətirən və məcburi şəkildə qızı orada saxlayaraq bir neçə gün ərzində zorlayan 30 yaşlı Leysan Əliyev həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 144 (adam oğurluğu) və 149.1 (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddələri ilə iş başlanılıb. Araşdırmalar nəticəsində məlum olub ki, Leysan adlı şəxs həmin qızla «ciddi niyyət”lə tanış olub və vaxtaşırı olaraq onunla şəhərin müxtəlif yerlərində görüşüb. Qızın inamından istifadə edən şəxs daha sonra onu evinə gətirməyə «müvəffəq” olub və çirkin əməlini burada törədib. 22 yaşlı qız canını qurtaran kimi polisə müraciət edib. Leysan bu gün həbs edilib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!