Üç aylıq hamilə qadın bir sözün qurbanı oldu

Üç aylıq hamilə qadın bir sözün qurbanı oldu
Xəbərlər
10.09.2017 19
Hamiləliyinin 3 aylığında olan həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan 32 yaşlı şəxsin məhkəmə prosesi davam edir. Teleqraf.com xəbər verir ki, dəhşətli qətl hadisəsi Türkiyənin İzmir şəhərində baş verib.

Ömürlük azadlıqdan məhrumetmə tələbi ilə həbs edilən Şeyhmus Yüksəl ifadəsində hamilə həyat yoldaşını öldürdüyünü, amma yerdə sürükləmədiyini deyib.

«Həyat yoldaşımla 2011-ci ildə ailə həyatı qurduq. Aramızda heç bir problem yox idi. Evləndikdən bir il sonra həyat yoldaşım ailə qurmamışdan qabaq təcavüzə məruz qaldığını dedi. Daha sonra isə bu sözünün zarafat olduğunu bildirdi. Bu sözdən sonra içimdə bir şübhə yarandı. Ona olan etibarımı  itirməyə başladım. Elə bu səbəbə görə həyat yoldaşımdan boşanmağa qərar veridim», — deyə cinayətdə təqsirləndirilən Şeyhmus Yüksəl məhkəmə prosesində öz ifadəsi zamanı deyib.    

Bu qərardan sonra həyat yoldaşı ilə mübahisə etdiklərini deyən Ş.Y. cinayəti törətdiyində affek vəziyyətdə olduğunu bildirib: «Övladımızın mənimlə yaşamağını istədim. O isə mənim uşağın atası olmadığımı dedi. Bu sözləri eşitdikdən sonda dəhşətə gəldim. Daha sonra həyat yoldaşım mənə arxadan daş atdı. Mən də buna qarşılıq olaraq onu yumruqladım. Özümü itirmiş vəziyyətdə maşındakı bıçağı gətirərək, ona bir neçə dəfə xəsarət yetirdim. Sonra bir az başının üstündə durduqdan sonra hadisə yerindən uzaqlaşdım. Bəli, mən onu öldürdüm, amma yerdə sürükləməmişəm».

Faktla bağlı araşdırma davam edir.  скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!