Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır?

Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır?
Xəbərlər
10.09.2017 59
Azərbaycanda "YouTube" istifadəçilərinin fəallığı ilin əvvəlindən 94 faiz azalıb.
 
"Global Stats" statistika mərkəzinin məlumatına görə, avqustun sonuna ölkədə "YouTube" şəbəkəsinin bazar payı 0,41 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 95,4 faiz azdır. Dünyanın ən böyük video portalından istifadənin aktivliyi iyunda (40,5 faiz) qeydə alınıb.


Yanvar-avqust aylarında aktivliyin 45,8 faiz artımı "Facebook" sosial şəbəkəsi istifadəçilərində qeydə alınıb. "Facebook" Azərbaycanda sosial resurslar arasında populyarlığa görə birinci yeri tutur və onun bazar payı sentyabrın əvvəlinə 94,87 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 31,3 faiz çoxdur.



"Twitter" sosial şəbəkəsi 2,36 faizlik bazar payı ilə ikinci yeri tutur. Sonrakı yerləri "Tumblr" - 0,82 faiz, "Pinterest" - 0,56 faiz, "V kontakte" - 0,29 faiz, "Odnoklassniki" - 0,19 faiz və digər sosial şəbəkələr tuturlar.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!