Bakıda iyrənc əməl: "Evlənəcəyi" qızı parkda zorladı

Bakıda iyrənc əməl:
Xəbərlər
10.09.2017 210
Bakıda 18 yaşlı qız cinsi zorakılığa məruz qalıb.
Qadinlar.biz-ın
məlumatına görə, Səbail rayonu G.Əliyev küçəsində qeydiyyatda olmaqla
yaşayan 18 yaşlı Nabat Əliyeva (ad və soyad şərtidir) polisə müraciət
edərək tanışı tərəfindən zorlandığını bildirib. Gənc qız qeyd edib ki,
bir müddət əvvəl Aqşin adlı oğlanla tanış olub və onlar arasında sevgi
münasibətləri formalaşıb. Bir müddət əvvəl şəxsiyyəti hələlik tam
müəyyənləşməmiş Aqşin adlı şəxs 18 yaşlı qıza evlilik təklif edib və
ailələrin bu məsələyə icazə verməyəcəyini bəhanə edərək qızı qaçırmağı
təklif edib. N.Ə təkliflə razılaşıb və bir neçə gün əvvəl bəzi vacib
əşyalarını evdən götürərək qaçıb.
Polisə müraciət edən qız
bildirib ki, Aqşin onu axşam saatlarında Dərnəgül qəsəbəsindəki parka
aparıb və burada yubanmağı təklif edib. Hava qaralandan sonra isə həmin
şəxs evlənmək məqsədi ilə qaçırdığı qızla zorla cinsi əlaqədə olub.
N.Ə
qeyd edib ki, o, cinsi əlaqədə olmaq təklifinə etiraz etsə də, "gələcək
həyat yoldaşı" bunu zorla edib və daha sonra onu evə aparmaqdan imtina
edib.
Hazırda müraciət əsasında araşdırmalar aparılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!