Xalq artisti dünyasını dəyişdi

Xalq artisti dünyasını dəyişdi
Xəbərlər
10.09.2017 16
Azərbaycanın xalq artisti və Rusiyanın əməkdar artisti, pianoçu Tamilla Mahmudova dünyasını dəyişib. "Şöhrət” ordenli, Moskva Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsinin professoru ömrünün 84-cü ilində vəfat edib.

Qeyd edək ki, Tamilla Mahmudova Azərbaycanda doğulub, ilk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi məktəbdə, məşhur pedaqoq, professor K. Səfərəliyevanın sinfində alıb. Moskva konservatoriyasını və professor Y. Zakın sinfində aspiranturanı bitirib. Rusiyada və xarici ölkələrdə dinləyicilər T. Mahmudovanı geniş diapazonlu ifaçı kimi yaxşı tanıyırdılar. Onun repertuarına Qərbi Avropa və rus klassik bəstəkarlarının ən mürəkkəb, virtuoz əsərləri daxil idi. Lakin Azərbaycan bəstəkarları Ü. Hacıbəyli, Q. Qarayev, F. Əmirov, A. Məlikov və A. Sultanovanın musiqisi T. Mahmudovanın konsert proqramlarında həmişə xüsusi yer tuturdu. Sənətçi bu bəstəkarların əsərlərini daim xüsusi şövqlə ifa və təbliğ edirdi.Qara Qarayevin fortepiano prelüdləri silsiləsinin tam halda ifası bu pianoçunun böyük nailiyyəti olub.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!