Cinsiyyətini dəyişən model haqqında film çəkiləcək

Cinsiyyətini dəyişən model haqqında film çəkiləcək
Xəbərlər
10.09.2017 25
Cinsiyyətini dəyişən model Andrey Peyiçin həyat hekayəsini əks etdirən sənədli film çəkilir. 

Karyerasına androgen (həm kişi, həm qadın) model olaraq başlayan və keçən il cinsiyyətini dəyişərək qadın olan Peyiçin hekayəsini yaxın dostu Erik Miklette ekranlaşdıracaq. 

Bu layihənin baş tutması üçün 200 min dollar toplanılmalıdır. 23 yaşlı Andrey Yuqoslaviyada keçən uşaqlığı, vətəndaş müharibəsinin ona təsirindən tutmuş, bu günə qədər həyatında baş verən önəmli hadisələri filmdə danışacaq:
 
"Bu sənədli ekran işində oriyentasiyasını dəyişən biri olaraq insanlığımı, sıxıntılarımı, göz yaşlarımı, sevinclərimi izləyicilərlə paylaşacam”. 

Qeyd edək ki, Peyiç məcburi köçkün olaraq ailəsiylə Avstraliyada yaşadığı zaman prodüsserlər tərəfindən kəşf olunub. Gözəlliyi ilə qadın həmkarlarını geridə qoyan model fotokamera önündə həm qadın, həm kişi obrazları yaradaraq məşhurluğunun zirvəsinə yüksəlib.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!