Şadlıq evləri və restoranlarda sünnət toylarından imtina olunur

Şadlıq evləri və restoranlarda sünnət toylarından imtina olunur
Xəbərlər
10.09.2017 44
Şadlıq evləri və restoranlarda sünnət toylarından imtina olunur
Şadlıq evləri və restoranlara nişan və sünnət toylarından imtina olunması ilə bağlı qeyri-rəsmi göstəriş verilib
Yas və toy mərasimlərinin ciddi müzakirə obyekti olduğu, israfçılıq əleyhinə çıxışların tez-tez səsləndirildiyi bu günlərdə maraqlı məlumat əldə olunub. Qadınlar.biz-in modern.az-a istinadən verdiyi xəbərə görə, bir-ik gündür Bakıdakı şadlıq evi və restoranlara qeyri-rəsmi olaraq göstəriş verilib ki, bundan sonra təmtəraqlı nişan mərasimləri və sünnət toylarının keçirilməsindən imtina etsinlər.
Bunu paytaxtdakı şadlıq evlərinindən birinin adının çəkilməməsini istəyən administratoru bildirib. Qeyri-rəsmi göstərişin yuxarılardan gəldiyi bildirilsə də, konkret ünvan göstərilməyib. Artıq paytaxtdakı şadlıq evləri və restoranların sünnət toyları, ad günləri, nişan mərasimlərndən imtina etdikləri söylənilir.
Qeyd edək ki, son vaxtlar şadlıq evləri və restoranlar təkcə kiçik və böyük toy məclislərinin deyil, nişan, ad günləri, hətta elçilik mərasimlərinin keçirldiyi məkanlara çevirilib. Bu məsələdə yalnız həmin obyektlər ittiham olunur, halbuki təmtəraqlı ad günləri, nişan və elçilik mərasimləri düzənləyən bəzi imkanlı azərbaycanlılar da ictimai qınaq obyekti olmalıdırlar.
Milli Məclisin Sosial siyasət komitəsinin üzvü İlham Məmmədov bildirib ki, ictimai qınağın toy mərasimlərinə də şamil olunmasını istəyir.
"Bunun üçün mətbuatın xüsusi rolu olmalıdır. Bu gün toylarda baş verən israfçılıq yas mərasimlərimizdəkindən dəfələrlə çoxdur. İstər imkanlı, istərsə də imkansız adamların stollarının üstünə eyni tərtib olunmuş menyülər düzülür. 6-7 cür salat, 10 cür soyuq qəlyanaltı, vaxtı keçmiş, müxtəlif bakteriyalar mənbəyi olan qidalar və bu qidalardan zəhərlənmə təhlükəsinin çox olması dəhşətli bir səhnəni ortaya qoyur. Bu, sağlamlığa ciddi zərbə vurmaqla,  işbazların ciblərinin dolmasına kömək etməklə yanaşı, toydan sonra xoşbəxtlik əvəzinə, həmin ailələrin borca düşməsinə səbəb olur.  İctimai qınaq nəticəsində yeni bir forma tapılmalıdır. İnsanlar şüurlu surətdə başa düşməlidirlər ki, bunu edərkən digər birinin qarşısında öz zənginliyini göstərdiyini zənn edirsə, əksinə, cəmiyyətdə daha da pis qarşılanır”.
Deputatın sözlərinə görə, Milli Məclisin payız sessiyasında bu məsələ qaldırıla bilər.
"Mənə elə gəlir ki, yas mərasimlərində olduğu kimi, toylardakı israfçılığın da qarşısını almaq üçün çıxış yolu tapılacaq”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!