3 arvadlı ərin 2-ci arvadı: "Həyatımdan çox razıyam!" - FOTO

3 arvadlı ərin 2-ci arvadı:
Xəbərlər
10.09.2017 35
Nabilə Filipps Britanyanın və dünyanın ən məşhur, ən nüfuzlu ali təhsil ocaqlarından biri sayılan Kembric Universitetinin doktoranturasını yarımçıq qoyaraq ərə gedib.
 
Riyaziyyat və fizika sahəsində fenomenal istedad sahibi olan bu xanım iş adamı Həsən Filippsin həyat yoldaşıdır indi.
Daha doğrusu, Nabilə ərinin ikinci arvadıdır.
 
Həsən Filips Britaniya vətəndaşı olan 20 mindən artıq çoxarvadlı kişilərdən biri...
 
Qadinlar.biz istinadən bildirir ki, Britaniyada yaşayan və bu ölkənin vətəndaşı olan müsəlman ailələr arasında çoxarvadlı izdivacların sayında sürətli artım müşahidə olunur.
 
Ölkənin mövcud qanunvericiliyi poliqamiyanı yasaqlasa da, bu qadağaları pozan müsəlman kişilərə müvafiq dövlət qurumları barmaqarası baxırlar.
Nabilənin dediyinə görə, Britaniyadakı dünyəvi qanunlara görə onların ailəsi qanunsuz sayılır.
 
"Amma bu, eynimə deyil. Əsas odur ki, Şəriətə uyğun yaşayırıq. Şəriət isə müsəlman kişiyə 4 arvad almağa icazə verir. Məncə, çox gözəldir. Ailə həyatımdan narazı deyiləm. Əvvəllər ərə getmişdim. O ailəm alınmadı, boşandım. Ailə qədrini bilən kişi arayırdım, tapdım", - Nabilə Filips deyib.
32 yaşlı Həsən Filipsin xanımları - 41 yaşlı Ənub, 35 yaşlı Nabilə və 33 yaşlı Səkinə normal yaşam sürdüklərini deyirlər.
 
Əslən Malayziyadan olan Nabilənin sözlərinə görə, əri bundan sonra bir arvad da ala bilər.
 




 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!