Sevgilisi canlı yayımda Aygün Kazımovaya sürpriz etdi - fotolar

Sevgilisi canlı yayımda Aygün Kazımovaya sürpriz etdi - fotolar
Xəbərlər
10.09.2017 19
Xalq artisti Aygün Kazımova ATV-də yayımlanan "Mətanətlə gündəlik” verilişinin qonağı olub.
Qadınlar.biz-in məlumatına görə, müğənni aparıcının "Həyatında kimsə var” sualına belə cavab verib:
"Həyatımda biri var. İstanbulda görüşmüşük, türk deyil. İlk baxışdan dedim ki, bu odur. Neçə vaxtdır şəxsi həyatımla bağlı qadağa qoymuşdum ki, ora heç kim daxil ola bilməz. Heç o haqda düşünmürdüm. Amma onunla gözlənilməz anda, təsadüfən qarşılaşdım. Oxuduğum "Təsadüf” mahnısını həyatımda yaşadım. Onun haqqında daha çox danışmaq istəmirəm”.
Qeyd edək ki, canlı efirdə xalq artistinə içərisində mindən çox qızılgül olan çiçək dəstəsi göndərilib.
Aparıcının "Bunu o göndərib” sualına A.Kazımova "Bəli”, deyə cavab verib.
 
 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!