Hind iştirakçılardan Oksanaya sərt sözlər

Hind iştirakçılardan Oksanaya sərt sözlər
Xəbərlər
10.09.2017 31
Hazırda Hindistanın məşhur "İndias Best Cine Star Ki Khoj” yarışmasında iştirak edən rəqqasə Oksana Rəsulovaya qarşı digər iştirakçılar narazılıqlarını bildiriblər.
Qadınlar.Biz-in məlumatına görə, onlar sənətçinin istedadının olmadığını və hər həftə gözəlliyinə görə toxunulmaz qaldığını deyiblər. Bu haqda sosial şəbəkədə rəqqasə özü yazıb:
"Bu şouda artıq 7 həftədir ən çox sms səsi olan iştirakçı seçilirəm. Digər iştirakçılar müsahibələrində bildiriblər ki, "biz Oksananın indiyə kimi super performansını görməmişik. Hind dili də çox zəifdir. Tamaşaçılar tərəfindən bu şouda toxunulmaz edilir, buna da gözəlliyi ilə nail olur”.
Rəqqasənin bütün bunlara cavabı isə belə olub:
"Kim mənim barəmdə nə deyirsə, qoy danışmağa davam etsin. Onların söylədikləri heç bir məna daşımır. Mənim üçün münsiflərin dedikləri əhəmiyyətlidir. Dostlar, məni səslərinizlə sonuncu həftədə qalib edin. O həmin paxıl iştirakçılar bilsinlər ki, Azərbaycanım mənimlədir. Var olun!”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!