Məşhur türk müğənni elçiliyi rədd etdi, öldürüldü

Məşhur türk müğənni elçiliyi rədd etdi, öldürüldü
Xəbərlər
10.09.2017 31
Türkiyənin TRT telekanalının solisti, məşhur müğənni Hatice Kaçmaz evlilik təklifni rədd etdiyi Orhan M. tərəfindən 15 yerindən bıçaqlanıb. 

Olay Ankaranın Yenimahalle rayonundakı Serhat məhəlləsində, İbrahim Karakoç parkında yaşanıb.
Əri avtomobil qəzasında həlak orlan, 3,5 yaşlıq qızını tək böyüdən 33 yaşlı Hatice Kaçmaza onunla eyni məhəllədə yaşayan Orhan M. evlənməyi təkliv edib.
Orhan M. iki tanış qadını Hatice Kaçmazın evinə elçiliyə də yollayıb.
 
Müğənni isə təklifi rədd edib.
Bundan sinirlənən Orhan M. məhəllədəki dükanda alış-veriş edən Hatiçe Kaçmazın arxasınca düşüb. Müğənni marketdən çıxanda Orhan onu qaçırmaş istəyib. Fəqət Hatice Kaçmaz qışqıraraq müqavimət göstərib. Orhan M. müğənnin ağzını əli ilə yumub onu yerdə sürüməyə başlayıb və İbrahim Karakoç parkına aparıb. Burada o, H.Kaçmaza 15 bıçaq zərbəsi vurub.
 
Orhan M. qaçaraq hadisə yerini tərk edib. Parkdakı adamlarsa təcili yardım çağırıblar. "Ankara Onkoloji Eğitim ve Araştırma Hastanesi"nə aparılan Hatice Kaçmaz reanimasiya şöbəsində keçinib.
 
Orhan M. həbs olunub.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!