Dünya əhalisi 11 milyardı keçməyəcək

Dünya əhalisi 11 milyardı keçməyəcək
Xəbərlər
10.09.2017 14
 Dünya əhalisinin artımı 2100-cü ilə qədər davam edəcək
 
Birləşmiş Millətlər Təşkilatının Vaşinqton universitetindən olan mütəxəssisləri iddia edirlər ki, dünya əhalisinin artımı 2050-ci ildən sonra stabilləşərək bütün XXI əsr boyunca davam edəcək, - "Lenta". 
Mütəxəssislərin iddiasına görə, Yer kürəsinin əhalisi 2100-cü ildə 11 milyard insan təşkil edəcək. Bu isə əvvəlki, hesablamalardan 2 dəfə artıqdır. Sözügedən hesabat "Science" jurnalında təqdim olunub. Araşdırmaçılar BMT-nin bu ilin iyul ayında təqdim etdikləri stastik məlumatlarının üzərində işləyiblər. Bu hesabata əsasən, Yer kürəsinin əhalisi bu əsrin axırınadək 7,2 milyard insandan 9,6-12,3 milyard insana yüksələcək. 
Ən çox artım isə Afrikada gözlənilir. Hal-hazırda Afrikada 1,4 milyard insan yaşayır. Bu materikin əhalisinin 4 dəfə artacağına proqnoz verilib.  Hal-hazırda Asiya qitəsində isə 4,4 milyard insan yaşayır. Bu qitədə insanların sayının 5 milyarda yüksələcəyi gözlənilir. Şimali Amerikanın, Avropanın və  Latın Amerikanın əhalisi ayrı-ayrılıqda 1 milyarddan azdır. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!