Facebook noyabrdan pullu olacağı haqda xəbər yayıldı

Facebook noyabrdan pullu olacağı haqda xəbər yayıldı
Xəbərlər
10.09.2017 20
Bazar günü keçirilən mətbuat konfransında Facebook rəhbəri Mark Zukerberq bildirib ki, noyabr ayının 1-dən Facebook ödənişli olacaq
Bu barədə "National Report” nəşri məlumat verib. Facebook istifadəçiləri bu sosial şəbəkədən istifadə üçün aylıq 2.99 dollar ödəməli olacaqlar.
Nəşrin məlumatına görə, Zukerberq bildirib ki, sosial şəbəkənin yüksək xərclərinə görə, əgər Facebook ödənişli olmasa, tezliklə öz fəaliyyətini dayandıra bilər.
Amerikalı analitik Deyl Sekrayderın sözlərinə görə, hazırda Facebook-da 1 milyard 317 milyon istifadəçi qeydiyyatdan keçib və elə artıq birinci ayda böyük məbləğdə qazanc əldə edə bilər.
Nəhəng KİV-lər hesab edir ki, "National Report”in yaydığı məlumatı ciddi qəbul etmək olmaz. Çünki bu siyasi nəşr tez-tez saxta xəbərlərdən istifadə edir.
Bu məlumat şayiə xarakterli olmasına baxmayaraq, internetdə böyük rezonans yaradıb.
Facebook-un öz səhifəsində "Həqiqətən Facebook odənişli olacaq” sualı yerləşdirilib.
Cavabında isə "Facebook pulsuz sosial şəbəkədir və onun istifadəsi üçün heç bir ödəniş nəzərdə tutulmayıb.” yazılıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!