Bakıda əmiqızı üstündə qanlı savaş

Bakıda əmiqızı üstündə qanlı savaş
Xəbərlər
10.09.2017 40
Sabunçu rayon Polis İdarəsindən Qadinlar.biz verilən məlumata görə, bir müddət əvvəl həbsdən çıxan Əliağa Dostməmmədov əmisinin evinə elçi göndərərək onun qızı ilə evlənmək istəyib.
Lakin qızı ona verməyiblər və bunun üstündə münaqişə yaranıb. Bu gün səhər isə həmin qızın qardaşı Əlisamit Zeynalov Əliağanın yaşadığı evə gələrək ət döyən çapacaqla onu huşunu itirənə qədər döyüb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Ə.Dostməmmədov elə orada dünyasını dəyişib.
Hadisə Kürdəxanı qəsəbəsində, 1 may ünvanında baş verib
Bu gün səhər saat 05:00 radələrində Bakının Sabunçu rayonunda dəhşətli qətl hadisəsi baş verib. Sabunçu rayon prokurorunun köməkçisi Ülviyyə Şükürovanın anspress-ə verdiyi məlumata görə, hadisə Kürdəxanı qəsəbəsində, 1 may ünvanında baş verib.
Belə ki, 1963-cü il təvəllüdlü Əlisamit Ataməli oğlu Zeynalov aralarında yaranan münaqişə zəminində, əmioğlusu, 1973-cü il təvəllüdlü Hacıəli Əliağa oğlu Dostməmmədova balta ilə bir neçə zərbə vurub.
O, əmioğlusunun başından və bədəninin bir neçə hissəsindən vurub. Ağır xəsarətlər alan Hacıəli Dostməmmədov xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.
Əmioğlusunu öldürən Əlisamit Zeynalov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!