Azərbaycanlı müğənni: "Bacım intihar etməsəydi, özüm onu öldürəcəkdim"

Azərbaycanlı müğənni:
Xəbərlər
10.09.2017 26
Müğənni Mətanət Əsədova "Düzünü desək” verilişində qonaq olub.
Sənətçi bir müddət əvvəl həbsxanada intihar edən bacısından danışıb. O deyib ki, bacısının həbsindən xəbərsiz olub:
"Hər zaman düzünü demişəm. Bacımın həbs olunmasından xəbərsiz idim. Onun tutulduğunu yalnız intihar etdiyi gün bilmişəm. Qorxusundan məndən gizlədib. Mənə zəng etdi ki, "bağışla, sənə layiq olmayan yerdəyəm".
Yanıram, ölürəm, ürəyim partlayır, onu heç kim əvəz etmir. Amma intihar etməsəydi, özüm onu öldürəcəkdim. Qeyrətli oldu, bunu özü etdi. Onda pis vərdiş yox idi. Hər şey ağılsızlığı ucbatından baş verdi.
İstər qadın, istər kişi, qarşılıqsız sevgi yaşayırsa, vay onun halına. Dedim, ayrıl ondan, o, səni yox, mənim pulumu sevir. Razılaşmırdı, deyirdi, yox, məni sevir. Narkoman nə bilir istək nədir? Onun üçün hər şey pul idi.
Mən bacımı ovcumun içində saxlayırdım. Ona sual verdim ki, niyə məni hər kəsin içində gülünc vəziyyətə saldın? Günahım nə idi belə etdin? Allah ona rəhmət eləsin, onun da taleyi belə oldu”.
Xatırladaq ki, müğənninin bacısı Nurlana Əsədova 43 yaşlı həyat yoldaşı ilə birgə saxlanılmışdı. Onlar Xırdalan şəhərində aptek işçilərinə qarşı quldurluqda ittiham olunurdular.
Ər və arvad bıçaqla hədələyərək, Aynur Abdullayeva və Sevinc Zeynalovaya hücum çəkmişdilər. Əvvəlcə cinayətkarlar aptek işçilərindən tərkibində narkotik olan dərman preparatları istəsələr də, qızlar belə dərmanların olmadığını bildiriblər və bu zaman onlardan pul tələb olunub. Beləliklə, onlar 950 manat pul oğurlayıblar.
İlkin araşdırma zamanı məlum olub ki, ər və arvad cinayəti törədən zaman "lomka” vəziyyətində olublar. Güman olunur ki, Əsədova özünü elə buna görə öldürüb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!