Günel Hümbətova: "Mənim üçün ailə qurmaq hələ tezdir"

Günel Hümbətova:
Xəbərlər
10.09.2017 32
Aparıcı Günel Hümbətova karyerasından bəhs edib.
Qadınlar.Biz-in məlumatına görə, Günel işin onun üçün önəmli olmadığını vurğulayıb:
"İnsan üçün ambisiya əsasdır. Əgər bir gün ailəm tələb edərsə, karyeramı ona qurban verərəm. Qarşıma şərt qoysalar, heç vaxt ailəni kənara atmaram. Amma mən ikisini bir arada idarə etməyin tərəfdarıyam. İş müəyyən vaxta kimi lazımdır. Bəlli yaşa qədər karyeranla bağlı istəklərinin ardınca getməlisən. Onlara nail olduqdan sonra isə insanın istər-istəməz marağı azalır”.
"Bəs, bu yaxınlarda ailə qurmaq planın yoxdur” sualına isə Günel belə cavab verib:
"23 yaşım var. Mənim üçün ailə qurmaq hələ tezdir. Qarşımda reallaşdıracağım arzularım var. Xoşbəxt izdivac üçün iki tərəfin qarşılıqlı anlaşması əsasdır”.
Günel ev işlərindən də danışıb:
"Ev işlərini bacarıram. Yemək bişirə bilirəm. Lazım gələndə evi də təmizləyirəm. Təkcə paltar ütüləməyi bilmirəm”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!