Dima Bilan: "Sən demə, yarı azərbaycanlı imiş" - FOTOLAR

Dima Bilan:
Xəbərlər
10.09.2017 14
"Karyerama iki şəhərlə, Bakı və Sankt-Peterburqla başlamışam. Bu şəhərlərdə çox olmuşam, solo-konsertlərdə və müxtəlif tədbirlərdə çıxış etmişəm. Bakılılar üçün çox darıxmışam. Əvvəlki ab-havanı yenidən hiss etmək, əvvəlki nəslin nə qədər böyüdüyünü görmək istəyirəm".
bunu Rusiyanın ən məşhur müğənnilərindən biri Dima Bilan söyləyib.
O, Bakıdadır.
"Bilirsiniz, "Qolos" müsabiqəsində münsiflər heyətinin üzvüyəm. Qrupumda azərbaycanlı da var. Xalqınız musiqini çox incə hiss edir. Azərbaycanlı ifaçılarla musiqi barədə danışmaq mənə həzz verir. Təbii, mübahisələr də olur: işdir, belə də olmalıdır. Sizin sənətçilərlə işləmək mənə çox xoşdur. Ümumiyyətlə, Müslüm Maqomayevi xatırlamaq yetər ki, nə qədər istedadlı xalq olduğunuzu anlayasan. Yaltaqlıq etmirəm, bu, gerçəkdir.
Həmişə bunu demişəm.

Muğamla sintez də etmək istəyirəm. Hətta "Qolos"un iştirakçılarına müraciət edərək milli mahnılarınızı bilib-bilmədiklərini də soruşdum. Sən demə, onun soyadı azərbaycanlı soyadı olsa da, dilini bilmir. Yarı azərbaycanlı imiş. Onu acıladım. Bu yazışma telefonumda var", - Dima Bilan deyib.

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!