Bakı qışa hazırlaşır

Bakı qışa hazırlaşır
Xəbərlər
10.09.2017 28
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyində Abşeron yarımadasında yerləşən qaz istismar sahələrinin aidiyyatı əməkdaşlarının iştirakı ilə payız-qış mövsümünə hazırlıq işlərinə həsr olunmuş iclas keçirilib.
Qadınlar.Biz SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, Birliyin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Ruslan Əliyev bildirib ki, qarşıdan gələn payız-qış mövsümündə istehlakçıların təhlükəsiz və etibarlı qaydada təbii qazla təminatı üçün rayon qaz istismar sahələri tərəfindən qaz xətlərinə və cihazlarına keçirilən texniki baxış və profilaktiki xidmət işlərinin keyfiyyəti artırılmalı, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlər görülməlidir.
Yeni yaradılmış qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin bu istiqamətdə müəyyən uğurlara nail olduğu vurğulanıb, SOCAR və aidiyyəti dövlət qurumlarının məsələ ilə bağlı göstəriş və tövsiyələri haqqında ətraflı məlumat verilib.
Çıxış edənlər qarşıdan gələn isitmə mövsümündə istehlakçıların təbii qazla daha təhlükəsiz təmin edilməsi üçün texnoloji rejimə ciddi nəzarət olunmasının, texniki baxış və profilaktik xidmət işlərinin keyfiyyətinin artırılmasının zəruri olduğunu bildiriblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!