Evli olan azərbaycanlı teleaparıcı iş adamı ilə eşq yaşayır- FOTOLAR

Evli olan azərbaycanlı teleaparıcı iş adamı ilə eşq yaşayır- FOTOLAR
Xəbərlər
10.09.2017 52
Xalq artisti Aygün Kazımova və müğənni Röya Ayxanın ardınca tanınmış teleaparıcı Zemfira Adıgözəlovanın da adı "sevgi qalmaqalı”nda hallanır.
Qadınlar.Biz xəbər verir ki, teleaparıcı tanınmış iş adamı ilə eşq macərası yaşayır. Cütlüyün təxminən 2-3 ay öncə tanış olduğu bildirilir.
Qeyd olunur ki, teleaparıcı ilə iş adamı bu yay Türkiyədə tanış olublar. Əməkdaşımız məsələ ilə bağlı Z.Adıgözəlovanın da mövqeyini öyrənib.
Sualımızı gülüş və təəccüblə qarşılayan Adıgözəlova yayılan xəbərləri təkzib edib: "Mən ailəli adamam, həyatımda yoldaşımdan başqa heç kim yoxdur. Deyəsən, mətbuat axırda məni boşatdıracaq (gülür)”.
Bir müddətdir efirdə olmayan teleaparıcı iş planlarından da danışıb. Bildirib ki, hazırda böyük bir telelayihə üzərində işləyir:

"Verilişin adı, yayımlanacağı tarix barədə heç nə deyə bilmərəm. Amma yaxşı mənada partlayış edəcəyinə əminəm”.

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!