"Qızım atası ilə görüşmək istəmir" - müsahibə+fotosessiya

Xəbərlər
10.09.2017 42
Aparıcı Lətafət Ələkbərova qızından, şəxsi həyatından və işindən danışıb.
- Son vaxtlar ANS telekanalında "Əslində mən” verilişinin aparıcılığına başlamısınız. İstədiyiniz bir işdir, yoxsa xəyalınızda başqa layihə var?
- Veriliş çox ürəyimcədir. Çünki burada sənətdə öz sözünü demiş sənətkarlar qonaq olur. Fikrimdə başqa layihə var. İnşallah, yaxın günlərdə onu da gerçəkləşdirəcəm.
- Bir ara keçmiş həyat yoldaşınızla bağlı qalmaqal yaşandı. İndi münasibətləriniz necədir?
- Ayrılmışıq, artıq heç bir münasibətimiz qalmayıb. Əlaqəni də kəsdik.
 
- Qızınız atası ilə görüşür?
- Əvvəl görüşürdülər. Heç vaxt qızıma atası ilə bağlı qadağa qoymamışam. Qızım artıq özü onunla görüşmək istəmir.
- Bəs, aliment ödəyir?
- Heç vaxt ödəməyib, bunu özüm də istəməmişəm.
- Tənha ana olmaq çətindir?
- Hər şeyi Allahdan gələn bir lütf kimi qəbul edirəm. Hər halıma şükür edən insanam. Çətindir... Amma analıq müqəddəsdir. Bu çətinliyə alışmışam...
- Qızınızı necə böyütməyə çalışırsınız, ona nələri qadağan edirsiz?
- Qızıma hər zaman deyirəm ki, səni çox sevirəm. Amma mənim üçün vacib olan sənin ağıllı və tərbiyəli böyüməndir. İşim çox olsa da, bacardığım qədər ona vaxt ayırır, tərbiyəsi ilə məşğul oluram. Qızıma güvənirəm. Hər zaman deyir ki, oxuyub böyük adam olacam.
- Qızınızla bağlı ən böyük arzunuz nədir?
- Cəmiyyətdə layiqli yer tutsun. Bir də mükəmməl ailəsi olsun...

- Hər bir xanım baxımlı olmağı sevir. Siz buna necə vaxt tapırsınız?

 - Mütləq vaxt ayırıram. İdmanla məşğul oluram, düzgün qidalanıram və vaxt tapdıqca üzümə qulluq edirəm. Aparıcı olmasaydım da, hər zaman baxımlı olardım. Qadın həmişə təmizlyinə, səliqəsinə və baxımlılığına fikir verməlidir. Buna mütləq vaxt ayırmalıyıq.

Zəhra ƏHMƏDOVA
Foto: Ruslan ƏSƏDOV

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!