Aygün Kazımova ilə Natavanın məhkəməsində - qərar

Aygün Kazımova ilə Natavanın məhkəməsində - qərar
Xəbərlər
10.09.2017 30
Dünən Natavan Həbibinin xalq artisti Aygün Kazımovaya qarşı şərəf və ləyaqətin, işguzar nüfuzun müdafiəsinə dair iddia tələbi üzrə məhkəmə prosesi yekunlaşıb.
Müğənninin vəkili Fərid Həsənov bildirir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən Aygün Kazımova Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, Natavandan üzr istəməlidir.
Müğənni Natavan Həbibi xalq artisti Aygün Kazımovaya icmarıc yollayıb.
"Neçə illərdir ki, bu qadının şər-böhtanlarına dözürdüm, amma ona cavab verməməyimdən istifadə edərək ailəmə də şər atdı. Bir daha deyirəm sən nə sənətdə, nə də dövlətin qanunları ilə mənə qalib gələ bilməyəcəksən. Çünki, qanun haqqın tərəfindədir. Dəfələrlə mənim erməni olmağım barədə yalan danışmısan, xalqımızı öz yalan və böhtanlarınla inandırmağa çalışmısan. Amma bizim xalq ağı-qaradan seçməyi bacarır və sənin yalanlarına inanmır. Bir daha mənə qalib gəlmək haqqında düşünmə, yadında saxla ki, düz həmişə əyrini kəsir, mən isə düzəm”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!