Müsəlman olduğu üçün qatardan qovdular

Müsəlman olduğu üçün qatardan qovdular
Xəbərlər
10.09.2017 30
Sentyabrın 25-də Avstraliyanın Melburn şəhərinə gedən qatarlardan birinə əyləşən müsəlman qadın hücuma və irqçi təhqirlərə məruz qalıb.
O, vaqonun qapısı yanında sakitcə dayandığı halda ucaboylu bir qadın əvvəlcə ona qarşı təhqiramiz ifadələr işlədib, sonra isə başını vaqonun divarına döyməyə başlayıb. Və növbəti stansiyada müsəlman qadın qatardan bayıra atılıb. Maraqlıdır ki, polis cinayətkar qadını "qafqaz milliyyətindən olan, şabalıdı saçlı, möhkəm bədənli qadın” kimi təsvir edib.
Avstraliya polisi ölkə ictimaiyyətinə müraciət edərək baş verən bütün islamofob hücumlar barədə məlumat verməyə çağırıb.
Qeyd edək ki,son vaxtlar bu ölkədə İslam dininin təhqiri və müsəlmanlara hücum halları çoxalıb. Avstraliyada 200 il bundan əvvəl məskunlaşmağa başlayan müsəlmanlar hazırda əhalinin 1, 7 fazini təşkil edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!