Kutsi hamilə həyat yoldaşını tərk etdi!

Kutsi hamilə həyat yoldaşını tərk etdi!
Xəbərlər
10.09.2017 30
Türkiyəli müğənni Kutsi 5 aylıq hamilə həyat yoldaşı Sinəm Bayraktutarı tərk edib. Qadinlar.Biz "Posta”ya istinadən xəbər verir ki, o,yenidən "Huzur sokağı” serialında tanış olduğu sevgilisi Feyza Çıpanın yanına qayıdıb. Daha əvvəl də xanımına aktrisa ilə xəyanət edən Kutsi daha sonra peşman olduğunu söyləmiş və ailəsinin yanına dönmüşdü. Lakin S.Bayraktutar ötən gün evə gedərkən qarşılaşdığı mənzərədən şoka düşüb. Belə ki, o, ərinin bütün əşyalarını yığaraq sevgilisinin yanına qayıtdığını görüb. Bu xəyanətdən dərin sarsıntı keçirən Sinəm qəzetə açıqlamasında "Kutsi doğulacaq körpəsini və qızımızı tərk edib sevgilisinə döndü. Məni çətin vəziyyətdə qoydu, üstəlik borc içində idik. Daha dayana bilmirəm. Uşaqlarıma özüm baxacam. Kutsini də, Feyzanı da Allaha tapşırıram. Qoy gedib xoşbəxt olsunlar” deyib.
Qeyd edək ki, müğənninin Ceylin adlı bir qızı var.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!