Qadına dönən kişi yenə kişi olmaq istəyir - FOTOLAR

Qadına dönən kişi yenə kişi olmaq istəyir - FOTOLAR
Xəbərlər
10.09.2017 44
Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) cərrahlarının sayəsində cinsini dəyişərək qadın olmuş kişi indi yenidən əməliyyat olunmaq və kişiliyini "bərpa" etmək istəyir.
Qadınlar.biz Daily Mail-ə istinadən bildirir ki, 30 yaşlı Çelsi Ettonli əvvəllər Mettyu adlı kişi idi.
 
"Hələ uşaq yaşlarımda qız paltarı geyinməyi, qız kimi davranmağı sevirdim" söyləyən transseksual 20 yaşına çatanda Çesterfild şəhərində "Miss Malibu" kimi tanınan transvestitə çevrilmişdi.
 
Fəqət hər gün qlamur Keti Praysı təqlid etməkdən bezən Mettyu Ettonli terapevtə yollanaraq cinsini dəyişmək istədiyini deiyb.
Qətiyyətli rədd cavabı alan Mettyu depressiyaya qapılır, əyyaşlığa başlayır. Gecə əyləncələrindən birində parikdə, mini-yubkada və dikdaban ayaqqabılarda olan Mettyu kumiri Keti Praysla qarşılaşır.
 
Keti ona: "Get, əməliyyat olun", - söylədi.
 
Məşhur modelin sözlərindən ruhlanan Mettyu NHS-i məhkəməyə verərək qadın olmaq istədiyini, amma rədd cavabı alandan sonra depressiyaya qapılaraq intihar fikrinə düşdüyünü bildirmişdi.
 
NHS geri çəkilib, əməliyyatlar gerçəkləşib, sonra isə 10 min funt-sterlinq məbləğində reabilitasiya kursu olub.
Təbii ki, bütün bunlar dövlət büdcəsi hesabına edilib.
Əməliyyatlardan 7 il sonra Mettyu, yəni indiki Çelsi fikrini dəyişib.
 
"Makiyajlar, dikbadan ayaqqabılar, bər-bəzək məni bezdirdi. Bəli, həmişə qadın olmağı arzulamışam. Amma heç bir əməliyyat və ya həblər mənə əsl qadın vücudu verməyəcək. Yalan içində yaşayıram. Üstəlik, makiyaj, dikdaban ayaqqıbılar məni çox yorur. Hormonal terapiyaya görə depressiyaya qapılmışam. Daha belə yaşaya bilmirəm. Qadın olmaq arzusundan əl çəkir, kişi olduğumu etiraf edirəm. Dövlət məni yenidən kişi etməlidir", - Mettyu-Çelsi deyib.
 
 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!