Azərbaycanın şou əhlinin birinciləri bəlli oldu - FOTOLAR

Azərbaycanın şou əhlinin birinciləri bəlli oldu - FOTOLAR
Xəbərlər
10.09.2017 39
Açıq havada baş tutan mərasimdə qonaqlar uzunluğu 150 metr olan qırmızı xalıdan keçiblər. Xalıya xüsusi ayrılmış avtomobillərlə təşrif buyuran qonaqlar 50-yə yaxın media nümayəndələrinin və tamaşaçıların qarşısına çıxıblar. Sənət aləminin tanınmış simalarının qatıldığı möhtəşəm gecənin aparıcılğını "Number One"  layihəsinin rəhbəri Tural Ozan özü edib. Layihənin prodüseri isə Humay Muxtarovadır.
Mükafat alanlar arasında xalq artisti Faiq Ağayev, Amaliya Pənahova, əməkdar artist Elza Seyidcahan, meyxanaçı Namiq Qaraçuxurlu, aparıcı Murad Arif, Lətafət Ələkbərova, prodüser Təranə Səmədova, rejissor Nail Naiboğlu, məşqçi Tural Ağayev, Ceyhun Vəliyev, müğənnilər Zamiq Hüseynov, Natavan Həbibi, Aysel Əlizadə, Elnur Məmmədov, Sevinc Ağaşirinova, Roza Zərgərli, "Bozbash pictures" komandasının aktyorları və başqaları yer alıblar.
Xanımlar üzrə "Number One" müğənni adına bu il Natavan Həbibi layiq görülüb. Bəylər üzrə isə bu adı artıq ikinci ildir qoruyub saxlayan xalq artisti Faiq Ağayev qazanıb.
Növbəti nominasiyalarda klipmeyker Nail Naiboğlu, kino rejissoru isə Yaşar Əhmədov seçilib.
Mərasimdə "Onlar", "ATV Maqazin", "Star life", "İncə Sənət", "Şou Biz" maqazin verilişləri, jurnalist Fuad Mədətov da mükafata layiq görülüb.

Gecənin sonunda atəşfəşanlıq edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!