Bakı məktəbində rüsvayçılıq: şagirdin anası müəlliməni vurdu

Bakı məktəbində rüsvayçılıq: şagirdin anası müəlliməni vurdu
Xəbərlər
10.09.2017 4
"Yaxın günlərdə materiallar araşdırmaq üçün məhkəməyə veriləcək”
Bakı məktəbində müəllim nüfuzunu ləkələyəcək xoşagəlməz hadisə baş
verib. Belə ki, sentyabrın 30-da Əmircan qəsəbəsində yerləşən 97 saylı
məktəbdə işləyən 49 yaşlı müəllimə Rima Bəşirova şagirdlərin gözü önündə
valideyn tərəfindən şillələnib.
Suraxanı Rayon Polis İdarəsinin 31-ci bölməsindən bildiriblər ki,
Azərbaycan dili və ədəbiyyatı müəllimini onun şagirdinin Böyükxanım adlı
anası təhqir edib. Səhər saat 8-də qadın məktəbdə Rima Bəşirovanın
uşaqlara dərslik paylamaması ilə bağlı dava salıb. "O müəllimi təhqir
edib və şillə vurub. Biz məktəbə gəldikdə Rima Bəşirovanın üzündə onun
barmaq izləri hələ də qalmışdı”, - deyə, polisdən bildiriblər.
Polisin sözlərinə görə, valideyn özünü günahkar hesab etmir və üzr
istəməyə hazırlaşmır. O, polisə qarşılıqlı ərizə verərək, Bəşirovanı öz
oğlunu – beşinci sinif şagirdini bir neçə dəfə təhqir etməkdə və uşağın
pencəyindən dartaraq, onu hamının gözü qarşısında küncdə saxlamaqda
ittiham edir.
Polislər qadına yuxarıda sadalananların müəllimi döymək üçün bəhanə
olmadığını izah etməyə çalışsalar da, bu fayda verməyib. Qadın üzr
istəmək fikrində belə deyil və hətta qohumlarını da məktəbdə müəllimin
üstünə göndərib.
"Yaxın günlərdə işin materialları araşdırılmaq üçün məhkəməyə
veriləcək”, - deyə, polisdən bildiriblər. Bununla yanaşı, valideynin
hərəkətləri polis əməkdaşını da təəccübləndirib və o, bunları deyib:
"Bizim üçün bu təhqir deyildi – bu, məktəb müəllimləri arasında adi
praktika idi. Pis davranışa görə şagirdi küncdə saxlardılar. Bu heç də
təhqir deyil. Yadımdadır, küncdə dayandığımız vaxt biz hətta sinif
şagirdlərimizə dil çıxarır, bizə gülənləri hədələyirdik. Lakin
müəllimdən incimək... İndiki validyenlər hətta ağıllarına belə
gətirmirlər ki, onların uşaqları özünü pis aparıb”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!