“Zaur, qıjısan ki, qıjı…” - FOTO

“Zaur, qıjısan ki, qıjı…” - FOTO
Xəbərlər
10.09.2017 12
"Yüz şirinin xatirinə bir acını udmaq olar”.



Son vaxtlar ATV-nin tanınmış aparıcısı Zaur Baxşəliyevin "Instagram”da paylaşdığı fotolar insanlar tərəfindən birmənalı qarşılanmır.



Həmin fotoların altında təhqiramiz ifadələr yazılır.



Növbəti bir fotonun altında isə bu sözlər yazılıb: "Zaur, qıjısan ki, qıjı…” Bundan əvvəl isə onun xanım Günay Baxşəliyeva ilə birgə paylaşdığı fotolar insanlarda qıcıq yaratmışdı.



Maraqlıdır, Zaurun özünün haqqında yazılanlara münasibəti necədir görəsən, xoşagəlməz ifadələrdən qıcıq olurmu? Sən demə, olmur:



"Təzə-təzə "Instagram”a girəndə, artıq-əskik sözlər yazanlara qıcıq olurdum. Çalışıb cavab vermək istəyirdim. Sonra bu qədər xoş söz yazanları gördüm, onlardan ilham aldım və düşündüm ki, yüz şirinin xatirinə bir acını udmaq olar. Daha belə şeylərə əhəmiyyət vermək yox. Bizi sevən və dəstəkləyən insanlara da xahişim budur ki, siz də fikir verməyin, əziz fanlar. Fanatlıq etməyib sadəcə bizi izləyənlər, sizə sonsuz təşəkkürlər, çox sağ olun. Ayrı-ayrı sizə yaza bilməsək də, sizi çox sevirik. Bir də ki, insanlar kimi fikirlər də müxtəlifdir. Hər rəyə hörmətlə yanaşırıq. Bizi istədiyi kimi görmək istəyənləri də başa düşürük”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!