Oliviya Palermonun yeni fotosessiyası

Oliviya Palermonun yeni fotosessiyası
Xəbərlər
10.09.2017 7
28 yaşlı məşhur dəb ikonu Oliviya Palermo "The Edit” jurnalı üçün fotosessiya etdirib.



Qadınlar.Biz`in məlumatına görə, model-aktrisa jurnala şəxsi həyatı barədə maraqlı açıqlamalar verib. O, hər zaman qlamur görünmək istəyinin valideynindən ona keçdiyini deyib:

 

"Anam və nənəm heç vaxt gözəl göründüklərinə yüz faiz əmin olmadıqca evdən çölə çıxmazdılar. Mən ümumiyyətlə, bu günlə yaşayan insan deyiləm, hər zaman perspektivdə olacaqlara üstünlük verən biriyəm”.



Tanınmış brendlərlə çalışan Oliviya həyat yoldaşı, almanəsilli model Yohanson Hyublomla bu ilin yanvarında baş tutan nikah mərasimindən də danışıb:

 

"Bildiyiniz kimi, toyuma kofta və "Carolina Herrera”dan olan ətəkdə getmişdim. Mən həmin libası ilk baxışdan xoşlamışdım. Düzdür, klassik geyim olmasa da, mən o paltarları istənilən vaxt istifadə edə bilərəm. Toy mərasimimiz ailəmizin əhatəsində keçirildi. Ola bilər ki, bu il daha böyük məclis təşkil elədik”.
 


 

 

 

 

 

 

 

 


 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!