Azərbaycanlı müğənni: "Ərim 4 aylıq uşağımı beşikdə döyməyə başladı"

Azərbaycanlı müğənni:
Xəbərlər
10.09.2017 25
Xanəndə İlahə İbadovadan şok açıqlama.

Qadinlar.biz xəbər verir ki, ifaçı "Düzünü desək" verilişində keçmiş həyat yoldaşı ilə bağlı şok açıqlama edib.



"2009-cu ildə ailə həyatı qurdum. Uşağım 4 aylıq olanda məcburən boşandım. Qızım Ayanın hal-hazırda 5 yaşı var. O vaxt evimizə çox elçilər gəlirdi. Musiqiçi olduğum üçün müğənni ilə ailə həyatı qurdum. Ailəm amma buna razı deyildi. Sadəcə düşündüm ki, məni başa düşəcək. Ailə qurduqdan sonra gördüm, bunların istəyi başqadır. Tez-tez məni döyürdü. Bir dəfə də verilişdən çıxanda maşında döymüşdü. Hətta televiziyada işləyən operatorladan biri məni onun əlindən aldı. Hamilə olanda da məni vururdu. Unutmadığım hadisə isə qızım Ayan 4 aylıq idi, mənə həkim icazə vermirdi ağır nəsə qaldırmağa. Ərimdən xahiş etdim ki, uşağı ya yellə, ya da mənim qucağıma qoy. O da qızımızı yellədi, uşaq susmadığı üçün onu beşikdə döyməyə başladı. Mən qalxdım, sinəsindən itələdim ki, çıx get. O da qucağımda uşaqla yenə döydü. Bütün nəslimi hər gün söyürdü. Axırda ondan bezdim və ayrıldım.



Qeyd edək ki, İlahə İbadova "Azəri Star" yarışmasının iştirakçısı olan Mirsalehlə ailəli olub.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!