Ayan: “Qadın üçün seksuallıq və intellekt önəmli deyil”

Ayan: “Qadın üçün seksuallıq və intellekt önəmli deyil”
Xəbərlər
10.09.2017 4
"İndiki ağlım olsaydı, yaşamalı olduqlarımı yaşayardım”

Müğənni Ayan Babakişiyeva "O...” layihəsində sualları cavablandırır.



- Evlilik, yoxsa subaylıq?

- İkisi birində.



- Ailə, yoxsa karyera?

- Ailə.



- Ana olmaq, yoxsa olmamaq?

- Əlbəttə ki, ana olmaq.



- Gəncə, yoxsa Bakı?

- Gəncə.



- Məşhur olmaq, yoxsa olmamaq?

- Olmamaq.



- "Dodge”, yoxsa "Nissan”?

- "Toyota”.



- Avtomobili daha yaxşı kim idarə edir: kişi, yoxsa qadın?

- Baxır, hansının kefi yaxşıdır.



- Hansı istirahəti seçərdiniz: serial, kino, yoxsa kitab?

- Kitab.



- "Instagram”, ya klassik fotoalbom?

- "Instagram”



- Qadın üçün ən çox hansı önəmlidir? Gözəllik, seksuallıq, intellekt?

- Heç biri.



- Kişilərdə ən çox sevmədiyiniz 3 xüsusiyyət hansıdır?

- Yalan, yalan, yalan. Çünki hər şey yalandan başlayır.



- Qadınlar üçün ideal evlilik yaşı hansıdır?

- İdeal heç nə yoxdur.



- Daha yaxşı dost olursunuz: qadın, yoxsa kişi ilə?

- Qadınla.



- Aktrisalıq, yoxsa müğənnilik?

- Müğənnilik.



- Sevgilinizi xəyanət edərkən tutsanız: ayrılarsınız, qızı döyərsiniz, yoxsa sevgilinizi bir söz deyib məhv edərsiniz?

- Heç biri. Çünki sevgilim yoxdur. (gülüş)



- Xoşbəxt olmaq üçün nə lazımdır?

- Sadəcə xoşbəxt olmaq lazımdır.



- Sizi ən çox hansı sual bezdirir?

- Şəxsi həyat barədə verilən suallar.



- Kimin yerində olmaq istəyərdiniz?

- Elə öz yerimdə olsam məsləhətdir.



- Nəyə görə peşmanlıq çəkirsiniz?

- Peşman olsam, yaşaya bilmərəm. Heç nə üçün.



- "İndiki ağlım olsaydı...” - cümlənin davamını necə bitirərdiniz?

- İndiki ağlım olsaydı, yaşamalı olduqlarımı yaşayardım.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!