Aygün Kazımovanın nişanlısı evli çıxdı

Aygün Kazımovanın nişanlısı evli çıxdı
Xəbərlər
10.09.2017 11
Dünən nişanlandığını bəyan edən xalq artisti Aygün Kazımovanın Fikrət adlı nişanlısının başqasının əri olduğu iddia edilir. Müğənni Nura Suri bu barədə sosial şəbəkədə açıqlama verib.

 

Belə ki, Aygün Kazımovanın nişanlanma xəbəri böyük ajiotaj yaratdığından dünən sosial şəbəkədə müzakirəyə çıxarılıb. Müzakirəyə müğənni Nura Suri də qatılıb. O, Almaniyada yaşayan azərbaycanlı məmur oğlu dediyi Fikrətin əslində İstanbulda yaşayan İmzar adlı şəxs olduğunu yazıb. Həm də adıçəkilən İmzar Nuranın Nigar adlı rəfiqəsinin əridir.

 

"Adamlar, onun adı İmzardır. O, Nigarın əridir. Onlar İstanbulda yaşayırlar. Fotodakı mənim rəfiqəmin əridir. Ya da siz fotonu düz qoymamısız. " - yarazar müzakirələrə şərh verib.

 

Xalq artisti Aygün Kazımova ilə əlaqə saxlamaq istəsək də, bu bizdə alınmadı.

 

Facebook səhifəsindəki yazışmaları sizə təqdim edirik.
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!