Qonşusunun arvadını qaçıran azərbaycanlının biabırçılığı

Qonşusunun arvadını qaçıran azərbaycanlının biabırçılığı
Xəbərlər
10.09.2017 39
Şabranın Uzunboyad kəndində hamı gərginlik içərisindədir.



Qadınlar.biz anspress-ə istinadən bildirir ki, bu kənddə yaşayan, əslən Sumqayıtın Corat qəsəbəsindən olan İlham Atayev qonşusunun həyat yoldaşı 21 yaşlı Güləri qaçırıb.



Gülər Məmmədovanı qaçıran İlham Atayev də evlidir. Kənd sakinləri bu biabırçı hadisənı eşidəndən şoka düşdüklərini deyirlər. Kənd sakinlərinin sözlərinə görə bir-birinə qoşulub qaçan bu iki şəxsin hec biri əslən Uzunboyad kəndindən deyil. Sumqayıt sakini İlham Atayev 1 müddət imiş ki, bu kənddən evlənib burada yaşayırmış, Siyəzəndən olan Gülər isə Uzunboyad kəndinə Məmmədovlar ailəsinə gəlin gəlib. Sakinlər ailələrinə rüsvayçılıq gətirən bu iki şəxsin bir daha kəndə qoyulmayacağını bildirirlər.



Kənd sakini Cahangir Feyzullayev deyir ki, başqasının yoldaşını götürüb qaçmaq ən aşağı səviyyəli insanın işidir: "Bəlkə də o azərbaycanlı deyil. Onsuzda bu kənddən onu çıxardacaqlar. 100% onu qovacaqlar".



Çəkiliş qrupumuz Uzunboyad kəndində olarkən qonşuluqdakı evlərdən üzümüzə qapı açan olmadı. İlham Atayevin həyat yoldaşı Günay qapının arxasından sorğumuzu cavablandırdı. Bildirdi ki, bu işlərdən xəbərsiz olub.



Həyat yoldaşı başqası ilə qaçan Rəşad Məmmədovu da evdə tapdıq. Rəşad Məmmədov deyir ki, Gülər ayın 12-i atası evinə gedib. İki gün sonra isə ordan İlham Atayevə qoşularaq qaçıb. İndi Rəşad Məmmədov həyat yoldaşından uşaqlarını tələb edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!