Aida milli geyimdə - Fotolar

Aida milli geyimdə - Fotolar
Xəbərlər
10.09.2017 12
Oktyabrın 18-də Bakıda "Təcavüz. Muzey 2014" layihəsinin yekun sərgisi açılıb.



Noyabrın 30-dək davam edəcək layihə Bakının ən böyük muzeylərində - Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda yer alacaq.



Qadınlar.Biz`in məlumatına görə, YARAT Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunan bu layihə son bir neçə ildə gənc rəssamlar nəslinə dəstək olan ARTIM inkişaf proqramı çərçivəsində karyera yüksəlişinə imkan yaratmaq məqsədi ilə yaradılıb. Layihənin rəhbəri - Azərbaycanın əməkdar rəssam və kuratoru Səbinə Şıxlinskayadır. Layihənin mövzusu Azərbaycanın zəngin, maddi-mənəvi mədəni və tarixi irsinin müasir rəssamlar tərəfindən təsvirindən ibarətdir.

Altı ay ərzində "Təcavüz. Muzey 2014" layihə iştirakçıları Bakı, Abşeron, Şəki, Gəncə, Lahıc və Basqala aid ən əhəmiyyətli muzeylər, arxiv və kolleksiyalar ilə tanış edildi. Azərbaycan tarixinin və incəsənətinin müasir və tamamilə gözlənilməz görünüşünü özündə əks etdirən müxtəlif sənət əşyaları bu araşdırmaların nəticəsi olub. İştirakçılar rəssamlıq, heykəltəraşlıq, installyasiya, video-art və performans kimi müxtəlif janrlara və istiqamətlərə müraciət ediblər.
 


 

 

 

 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!