Xoşqədəm Hidayətqızı – Doğuş müəmması: toy, klip çəkilişi, yoxsa?...

Xoşqədəm Hidayətqızı – Doğuş müəmması: toy, klip çəkilişi, yoxsa?...
Xəbərlər
10.09.2017 13
Ötən gün mediada aparıcı Xoşqədəm Hidayətqızının türkiyəli müğənni Doğuşla nikah masasına oturması xəbəri yayılıb.



Qadınlar.Biz  saytı xəbər verir ki,, sosial şəbəkədə cütlüyün müxtəlif fotoları paylaşılıb. Türk mediası da Doğuşun azərbaycanlı aparıcı ilə evləndiyini yazıb.



Qeyd edək ki, Doğuş səhifəsində "Sil... Başdan başlamaq lazımdır bəzən..." sözlərini qeyd edib. İnstaqramda izləyicilər bu görüntülərin ifaçının "Sil başdan” klipindən olduğunu, türkiyəli məşhurun yeni ekran işində X.Hidayətqızını çəkdiyini bildiriblər.

Aparıcı fotoların altından "Başladı belə... Allah peşman etməsin. Gözəl başlanğıcdır. Yola aşiq olmaq üçün çıxmırlar, eşq səni yolda tapar” sözlərini yazıb.

Xatırladaq ki, X.Hidayətqızı bir müddət əvvəl yeni layihə ilə şou aləmini silkələyəcəyini bildirmişdi.



Həmçinin mümkündür ki, bu, aparıcının növbəti televiziya proyekti üçün çəkilişdən fotolardır.



 


 

 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!