Günelin atası ürəyindən əməliyyat olundu

Günelin atası ürəyindən əməliyyat olundu
Xəbərlər
10.09.2017 13
Türkiyədə yaşayan müğənni Günel Zeynalovanın atası, musiqiçi Rəhman Zeynalovun xəstəxanaya aparılması ilə bağlı xəbər vermişdik.



Qadınlar.Biz`in məlumatına görə, R.Zeynalov ürəyindən əməliyyat olunub. Bu haqda İnstaqramda yazan Günel atasının ürəyinə stend qoyulduğunu bildirib:

"Çox şükür, atam əməliyyatdan çıxdı. Sevənlərim, dualarınız üçün Allah razı olsun. Ailəmizin dəyərini bilək. Atamın ürəyinə stend taxılıb. İnşallah, daha yaxşı olacaq”.

Qeyd edək ki, ifaçının qardaşı Tunar Rəhmanoğlu əməkdaşımızla söhbətində atasının gecəyarısı qəfildən halının pisləşdiyini və onu xəstəxanaya apardıqlarını deyib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!