Ərəb şeyxinə satılan azərbaycanlı qadının etirafı - ŞOK

Ərəb şeyxinə satılan azərbaycanlı qadının etirafı - ŞOK
Xəbərlər
10.09.2017 17
Bakı Apelyasiya Məhkəməsində Ağdam rayonu, Muğanlı kənd sakini, 1979-cu
il təvəllüdlü Qafur Bağırovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi
başa çatıb. İttihama görə, Qafur Bağırov gəlir əldə etmək məqsədilə
Sevinc Xəlilova və qeyriləri ilə əlbir olaraq qadınları Birləşmiş Ərəb
Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə apararaq cinsi təcavüzə məruz qoyub.



azxeber.com xəbər verir ki, o, 2014-cü il yanvar ayının əvvəllərində Aygün
Hacıyeva və Xatirə Ağayevanın (zərərçəkmişlərin adları və soyadları
şərti göstərilib) maddi cəhətdən korluq çəkdiklərini bilərək onları
Dubaydakı otellərin birində qeydiyyatçı kimi işə düzəldəcəyini vəd edib.



Qafur
Bağırov fevralın 3-də Aygünü Dubaya yola salsa da, pasportu olmadığı
üçün Xatirə gedə bilməyib. Dubayda Aygünü qarşılayan Sevinc Xəlilova onu
yaşadığı evə aparıb. O, Vüsalə və Cəfər adlı şəxslərlə birgə Aygünü
kişi müştərilərlə görüşdürərək onu cinsi təcavüzə məruz qoyub.



Qafur
Bağırovun növbəti qurbanı Gülbəniz Əliyeva adlı qadın olub. Gülbənizin
imkansız olduğunu bilən Qafur Bağırov onu Dubaydakı qızıl-zinət əşyaları
mağazasına satıcı düzəldəcəyini vəd edib. Onun təklifi ilə razılaşan
Gülbənizi və özünə yeni pasport düzəldən Xatirəni Dubaya apararaq Sevinc
və digərləri ilə birgə onların kişilərlə görüşməsini təşkil edib.



İlkin
dindirilmə zamanı Qafur Bağırov ifadəsində taksi sürücüsü işlədiyini,
Xatirənin onun daimi müştərisi olduğunu göstərib: "Xatirəni üç il olar
tanıyıram. "Rusalka” masaj salonunda işləyirdi. Onun fahişəliklə məşğul
olduğunu bilirdim. Xatirəni çox vaxt işdən evə mən aparırdım. Aygünü də
həmin masaj salonundan tanıyırdım. O da orada işləyir, fahişəliklə
məşğul olurdu. Aygünü Xatirə vasitəsilə tanımışdım. Xatirə özü mənə
demişdi ki, Aygün əvvəllər Dubayda fahişəlik edib, yenidən ora getmək
niyyətindədir. Xatirə Aygünü Dubaya yola salmaq üçün yaxın tanışlarımın
birinin vasitəsilə viza açdırmağı xahiş etdi. Mən də həmkəndlim Sevinc
Xəlilovanın oğlu Eminlə əlaqə saxlayıb ona viza almağa köməklik etməsini
istədim. Emin razılıq verdi. Həmin vaxt Xatirə də getmək istəyirdi.
Amma pasportu itdiyindən bu baş tutmadı”.



Təqsirləndirilən şəxs
daha sonra qeyd edib ki, fevralın 3-də Aygünü Bakı aeroportuna aparıb və
oradan Dubaya yola salıb: "Emin də zəng vurub Aygünün Dubaya çatdığını
dedi. Növbəti dəfə Xatirəni işdən evə aparanda mənə Aygün zəng vurdu,
"vəziyyəti çox yaxşıdır” dedi və Xatirəyə də viza almaq üçün köməklik
etməyimi istədi. Xatirə pasport sifariş etdi. Pasport hazır olduqdan
sonra kserosurətini Eminin elektron ünvanına göndərdik. Həmin ərəfədə
Gülbəniz də Dubaya getmək istədiyini dedi. Mən Gülbənizə də köməklik
etmişəm. Sənədlərin surəti göndərildikdən sonra Sevinc vizaları
hazırladı. Viza hazır olandan sonra Sevinc mənimlə əlaqə saxladı. Martın
birində Xatirə və Gülbənizlə birlikdə Dubaya getdim. Dubayda bizi
Sevincin oğlu və Vüsalə adlı bir qadın qarşıladı. Sevinc Xatirəni və
Gülbənizi yaxınlıqda yerləşən otelə apardı. Mən başqa oteldə qalırdım.
Sonradan bildim ki, Sevinc qızları digər oteldə fahişəliyə cəlb edib.



Gətirdiyim qadınları heç özüm də görə bilmədim. Bir neçə gündən sonra Aygün, Xatirə və Gülbəniz mənə Azərbaycana
qayıtmaq istədiklərini dedilər. Onlarla birgə qayıtmaq fikrində idim.
Martın 6-da isə qızların 3-nün də Bakıya qayıtdıqlarını eşitdim”.



Təqsirləndirilən
şəxs bir ay Dubayda qaldıqdan sonra Bakıya qayıtdığını, həmin qadınları
bir daha görmədiyini deyib: "Hər üç qadın imkansız idi. Onlara köməklik
etmək istəmişəm. Etdiyim əməlin cinayət olduğunu bilməmişəm. Sevincin
həmin qadınlarla pis rəftar etdiyindən xəbərim olmayıb”.



Zərərçəkmiş
şəxs qismində istintaqa ifadə verən Aygün Hacıyeva Qafur Bağırovu
rəfiqəsi Xatirə vasitəsilə tanıdığını deyib: "Qafur bizim maddi çətinlik
çəkdiyimizi, işsiz olduğumuzu bilirdi. Azərbaycanda münasib iş tapa
bilmirdik, tapdığımız işdə isə məvacib çox aşağı olurdu. Qafur məni və
Xatirəni Dubayda yaşayan qohumunun yanına göndərə biləcəyini söylədi.
Deyirdi ki, Sevincin yanına getsəniz, sizi münasib bir işə düzəldəcək və
yaxşı məvacib alacaqsınız. Ona yol xərcimizi ödəməyə belə imkanımızın
olmadığını söylədim. Qafur isə hər şeyi özü təşkil edəcəyini bildirdi.
Pasportumun surətini internet vasitəsilə Dubaya göndərdi. Sonra Sevincin
yolladığı pulla mənə bilet sifariş etdi. Dubayda Sevinc məni qarşılayıb
evə gətirdi. Pasportumu və vizamı əlimdən aldı. Axşam məni kluba
apararaq cinsi əlaqədə olmaq üçün müştərilərə təqdim etməyi Vüsalə adlı
qadına tapşırdı. Onlara Dubaya bu məqsədlə gəlmədiyimi dedikdə Sevinc
məni rüsvay edəcəyi ilə hədələdi, başıma müsibətlər gətirəcəyini
bildirdi. Məcburiyyət qarşısında qalıb onların dediklərini elədim.
Sevinc məni daim qorxu altında saxlayırdı, hətta evimizlə əlaqə saxlaya
bilmirdim. İşləmək istəmədiyimi dedikdə, pasportumu tələb etdikdə oğlu
ilə birləşib məni döyəcəyi ilə hədələyirdi. Bir dəfə isə Vüsalə məni
"Dulf” otelə apardı və orada "Kumar” ləqəbli, əslən Azərbaycanlı olan
Cəfər adlı şəxslə tanış etdi. Cəfər Sevincin tapşırığı ilə hər gün məni
10-15 müştəri ilə görüşdürürdü. Cəfərin olduğu oteldə 14 gün işlədim.
Sonra Cəfərlə Sevincin arasında pul mübahisəsi oldu. Ona görə Sevinc
məni o oteldən çıxardı. Vüsalə bu dəfə məni hindistanlı bir şəxsə məxsus
olan "Kapital” otelinə işləməyə apardı. Martın 1-də oteldə olarkən
Sevinc dedi ki, gəl gedək evə, sənə sürpriz hazırlamışam. Birlikdə
Sevincgilə gəldik. Evə girəndə Xatirə, Qafur və adını sonradan bildiyim
Gülbənizi görəndə dəhşətə gəldim. Qafurun onları da aldadaraq Dubaya
gətirdiyini başa düşdüm”.



Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü
ilə Qafur Bağırov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən
narazı qalan Qafur Bağırov apelyasiya şikayəti verib. O, şikayətində
günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan
edilib. Qərara görə, Qafur Bağırovun şikayəti qismən təmin edilib və
onun cəzası 1 il 6 aya endirilib. /скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!