“Ərim əsgərlikdən dönür. Mənim əxlaqsızlıq etdiyimi bilmir"

“Ərim əsgərlikdən dönür. Mənim əxlaqsızlıq etdiyimi bilmir
Xəbərlər
10.09.2017 23
Adanada bir nəfər sevgilisinin əsgərdəki oğlunun 17 yaşlı 3 aylıq hamilə yoldaşına 50 lirə qarşılığında fahişəlik etdirərkən tutulub



Strategiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Polis qrupları sevgilisinin gəlini Sümeyye A-ya fahişəlik etdirərkən tutulan və 3 ay həbsxanada qalıb çıxan Kamal Ç.  adlı şəxsin, bu dəfə də sevgilisinin əsgərdə olan oğlu Uğur A-nın həyat yoldaşı 17 yaşlı Gamze A-ya fahişəlik etdirdiyi xəbərini alıb. Bunun üzərinə hərəkətə keçən polis şəxsi təqib etməyə başlayıb. Aparılan araşdırmada Gamze A-nı avtomobil ilə meşəlik sahəyə gətirən Kamal Ç. burada pulu aldıqdan sonra Gamze A. ilə müştərini meşəlik sahədə görüşdürüb. Bunun üzərinə polis dərhal əməliyyat üçün düyməni basaraq şübhəlini tutub. Şübhəli Kamal Ç. və Gamze A., Əxlaq Büro komandirliyinə gətirilərək sorğuya alınıb​​. Kamal Ç fahişəlik etdirdiyini qəbul etməyib. Gamze A. isə "Həyat yoldaşım əsgərə getdikdən sonra qaynanamın sevgilisi Kamal Ç. evdə olan eltimə və mənə zorla fahişəlik etdirməyə başlayıb, çünki evdə çalışan yox idi, bizim fahişəlikdən gətirdiyimiz pullar ilə dolanırdıq. Bir müddət sonra polis Kamal Ç-ni tutdu, 3 ay həbsdə yatdı. Mən qaynatamın yanına getdim, ancaq onlar da vəziyyəti öyrənincə məni evdə saxlamaq istəmədilər. Bu səbəblə  ailəmin də yanına gedə bilmədim. Eltim, ata evini gedərək bunlardan xilas olub. Mən Kamal Ç. həbsdən çıxınca yenə fahişəlik etməyə başladım. Əvvəl zorla edirdim amma sonra razılıqla” dediyi öyrənilib. Gamze A.-nın, 3 aylıq hamilə olduğu ortaya çıxıb. Gamze A. körpənin ərindən olduğunu, yoldaşının əsgərdən icazəyə gəldiyində hamilə qaldığını qeyd edərək, "Hamilə olduğum halda fahişəlik etmək məcburiyyətində qalırdım. Evdə çalışan kimsə yox idi, mənim qazandığım pulla dolanırdıq. Amma Kamaldan şikayətçi deyiləm. O həbsxanaya girib bir müddət sonra geri çıxacaq. Ərim 25 gün sonra əsgərdən dönür. Mənim fahişəlik etdiyimi bilmir" dediyi öyrənilib.

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!