Azərbaycanlı qızların niyə sevgilisi olmur?

Azərbaycanlı qızların niyə sevgilisi olmur?
Xəbərlər
10.09.2017 24
Nədənsə bizim cəmiyyətdə insanların "sevgili" sözünə qarşı qəribə bir antipatiyası var. Əgər kimdənsə, xüsusilə tanınmış birisindən sevgilisinin olub-olmadığı soruşsanız, o çox əndrabadi bir cavab verəcək, SEVGİLİ sözündən istifadə etməmək üçün əlindən gələni edəcək. 



Müğənni Günay İbrahimli Azərbaycan dilindəki sevgili sözünə çox maraqlı bir sinonim tapıb: "Üzümü güldürən". Televiziyada verilişlərin birinin qonağı olan müğənni həyatında birinin olduğunu bildirib. O, "Sevgilin var” sualına belə cavab verib: "Üzümü güldürənim var. Şəxsi həyatımla bağlı çox danışmayacam. Hər şey yaxşıdır. Sağ əlim olmayanların başına”.



Sevgili sözü çox gözəl sözdü. Azərbaycan dilindəki ən gözəl sözlərdən biridir. Ondan istifadə eləmək qəbahət deyil. İnsanların sevgilisinin olması, evli olana qədər, hətta evlənməsələr belə, sevgili qalmaları çox normal haldı. Bu bütün dünyada belədi. Maraqlıdır, görəsən, Azərbaycanlı müğənnilər, tanınmışlar nə vaxt ictimai qınaqdan qorxmayıb özlərini normal ifadə eləməyi öyrənəcəklər? Hər halda o gün nə vaxtsa gəlib çatmalıdır axı, artıq 2014-cü ildi...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!