Xoşqədəm danışdı: “Normal bir ailə qurmuşam”

Xoşqədəm danışdı: “Normal bir ailə qurmuşam”
Xəbərlər
10.09.2017 8
ATV kanalının "Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşla evlənməsindən danışıb.
 
Qadınlar.biz-ın xəbərinə görə, aparıcı bu gün ATV-də yayımlanan
proqramından sonra yayımlanan kadrlarda həyat yoldaşı Doğuş və onun
anası ilə birlikdə açıqlamalar verib.
 
Doğuşla evləndiklərini təsdiqləyən X.Hidayətqızı deyib ki, nikahın
mediadan gizli olması barədə qərar veriblər: "Doğuş da öz ölkəsində
kifayət qədər tanınan bir insandır. Mən də öz ölkəmdə özümə görə tanınan
bir insanam. Doğuşla bu şəkildə qərar verdi ki, istəmir, media bilsin
bunu. Öz aramızda olsun.

 
Aparıcı deyib ki, verilişlərində həmişə insanlara qeyri-rəsmi
nikahların əleyhinə olduğunu deyib: "Kiminsə sevgili saxlamasının
əleyhinə olduğumu demişəm. Rəsmi şəkildə ailəni qurmaq lazımdı. Mən
normal bir ailə qurmuşam. Bu gün mən normal bir şəkildə, ölkəmin,
millətimin adına xələl gəlməyəcək şəkildə, adət-ənənələrə uyğun,
böyüklərimizin icazə ilə bir ailə qurmuşamsa, məncə, buna sevinmək
lazımdır
”.
 
Bakıya özüylə birlikdə anasını da gətirən Doğuş isə bildirib ki,
xoşbəxtdir və bundan sonra Azərbaycan da onun vətənidir. Müğənni deyib
ki, Məhərrəmlik ayından sonra dostları ilə həm Bakıda, həm da Türkiyədə
evliklərini qeyd edəcəklər.
 
Verilişinin yeni çəkilişlərini üçün Özbəkistana gedəcəyini və
qayından sonra Doğuşla birlikdə Tovuza səfər edəcəyini bildirən aparıcı
deyib ki, həyat yoldaşı ilə yeni layihələr üzərində işləyirlər.
 
X.Hidayətqızının Özbəkistana getməsinə "daha dünən evləndik, ərini
qoyub gedirsən” deyə replika atan Doğuş isə işin çox vacib olduğunu
bildirib. "İşimizə olan diqqətimizi hər kəs görsün. Dünyanın harasında
olur-olsun, "Səni axtarıram”dan heç kim qaça bilməz
”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!