Hülya Avşar və cinsiyyətini dəyişən Rüzgarın erotik nağılı - fotolar

Hülya Avşar və cinsiyyətini dəyişən Rüzgarın erotik nağılı - fotolar
Xəbərlər
10.09.2017 9
"Quzu" filmi ilə "Altın portağal" mükafatına layiq görülən rejissor Kutluğ Ataman "Heç bitməyən bir eşq hekayəsi, erotik nağıl" adlı yeni ssenari hazırlayıb.



Ekran işində baş rollar aktrisa Hülya Avşar və cinsiyyətini dəyişdirərək kişi olan Rüzgar Erkoçlara həvalə ediləcək.



Kutluğ Atamanın "Oryantalya" adlı layihəsi bu il Antalyada keçirilən Film Forumunda seçilib. Filmin qısa ssenarisi belədir:



"19 yaşındakı yaraşıqlı gənc Mazlum kasıb olduğu üçün sevdiyi Vicdanla evlənə bilmir. Vicdanın ailəsindən intiqam almaq istəyən Mazlum onun əkiz qardaşı Civanı öldürərkən yanlışlıqla sevdiyini vurur. Mazlum bu xəyanətin verdiyi vicdan əzabından qaçmağa çalışır".



Rejissor yeni filminin layihəsindən bəhs edərkən bunları deyib:



"Ekran işində eşq və ehtirasın səbəb olduğu bir cinayətdən söz açılır. Filmdə erotik hekayədən bəhs edilir. Burada eynicinslilərin eşqi əks olunur".



Filmin çəkilişlərinə 2016-cı ildə başlanılacaq. Çəkilişlər Kiprdə, Maraş bölgəsində aparılacaq.
 


 

 

 

 

 

 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!