Azərbaycanlı müğənninin əri: "Kişi çəkdiyi kefi qadın çəkə bilməz”

Azərbaycanlı müğənninin əri:
Xəbərlər
10.09.2017 18
Azərbaycanlı müğənninin əri: "Kişi çəkdiyi kefi qadın çəkə bilməz”



Gənc müğənni Gülay Zeynallının həyat yoldaşı Kamil Zeynallı maraqlı açıqlamalar verib.



Kamil yarızarafat-yarıgerçək
kişilərin 99 faizinin gəzdiyini etiraf edib: "Gəzməyən kişi yoxdur.
Kişilərin 99 faizi gəzir. Amma kişilərin həm də 99 faizi ailəcanlıdır,
sağ-sol getsələr də, yenə fırlanıb evinə qayıdacaqlar. Kişini də evdən
qaçaq salan qadının gecə-gündüz dığ-dığ etməsidir. Yeri gəldi-gəlmədi,
boş bir sözün üstündə dır-dırını kəsmir. Amma hər şey kişidən asılıdır.
Kişi evdə elə bir ab-hava yaratmalıdır ki, qadın deyinməsin. Etsə də çox
uzatmasın, qısa olsun. Onsuz da ideal, söz-söhbətsiz, dava-şavasız ailə
yoxdur. Kim deyirsə var, yalan danışır. Sadəcə, qadın elə etməlidir ki,
kişi evdən çıxıb getsə də, yarıyoldan evinə qayıda bilsin”.



Dediyinə
görə, ailənin sütununun möhkəm olması qadından asılıdır: ”Boşanıram,
çıxıb gedirəm” demək asandır, bunun sonrasını fikirləşmək lazımdır.
Qadına hər yaşında söykənə biləcəyi bir divar olmalıdır. Qadın var,
deyir ki, bu da bir səhvdir, düzəldəcəyəm, elə edəcəyəm, o etdiyi
xəyanətə görə peşman olacaq. Kişi gəzə də bilər, amma gərək qadının
yanında büruzə verməsin. Qadın ailənin qeyrəti, güzgüsüdür. Kişi çəkdiyi
kefi qadın çəkə bilməz. Heç bir kişinin gözü doymayıb. Doymayacaq da.
Kişin gözünü qəbir doyduracaq”.



Kamilin
qənaətinə görə, ailəsi ola-ola xəyanət edən kişi evinə qayıdırsa, bu,
dəhşətli deyil: "Gedib kiməsə ilişib ailəni tərk edirsə, ən pisi budur.
Ailəcənablıq kişinin qanında olmalıdır. Hara getsən də, ailənə
qayıtmalısan”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!